XƏBƏR
11:51

  Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib (FOTO)

Gündəm

Xəbər lenti

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib.

 

Agyol.az  xəbər verir ki, sərbəst yürüş 45 dəqiqə davam edəcək. Daha sonra isə Formula 2-nin sıralama turu başlayacaq. Yarışda hərəsindən 2 pilot təmsil olunmaqla 10 komanda birincilik uğrunda mübarizə aparır.

 

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

 

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

 

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət

 

rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.




  Yayım tarixi :26 Aprel 2019   11:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .