XƏBƏR
17:08

  Bakıda Formula 1 bolidlərinin son hazırlıqları

Gündəm

Xəbər lenti

Sabah start götürəcək Formula 1 Azərbaycan Qran Prisində bolidlərin son hazırlıq işləri aparılır.

 

Agyol.az xəbər verir ki, yarışda iştirak edəcək komandalar artıq Bakıdadır.

 

Bu gün azarkeşlər pit-yolu gəzmək imkanı əldə ediblər. Müxtəlif ölkələrdən olan yüzlərlə azarkeş 350-400 km/saat sürətlə şütüyəcək bolidlərin hərəkət yoluna çıxaraq Formula 1 hazırlıqlarını müşahidə ediblər.

 

Azarkeşlər pit-yola daxil olaraq komandaların yarışa hazırlığını izləyib, paddokdakı şəraitlə maraqlanıblar.

 

Qeyd edək ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisi aprelin 28-dək davam edəcək.

 

Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

 




  Yayım tarixi :25 Aprel 2019   17:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .