XƏBƏR
15:51

  Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb

Gündəm

Xəbər lenti

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən dünya kubokunda qızıl medal qazanıb.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Pərvin Məmmədov 49 kiloqrama qədər çəki dərəcəsində kişilər arasında keçirilən yarışlarda ən yaxşı nəticəni göstərib. O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb. Eyni çəki dərəcəsində ikinci yeri 128 kiloqram nəticə ilə polşalı idmançı Slavomir Symanski qazanıb. Səudiyyə Ərəbistanı Krallığının idmançısı Olaymi Maysar 125 kiloqram nəticə ilə üçüncü yerə layiq görülüb.

 

Pərvin Məmmədov bu qələbə ilə Tokio Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.




  Yayım tarixi :25 Aprel 2019   15:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .