XƏBƏR
15:24

  İspaniya yığmasının Bakıda cüdo üzrə keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb

Gündəm

Xəbər lenti

İspaniya yığmasının mayın 10-12-də Bakıda cüdo üzrə keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.

 

Agyol.az  xəbər verir ki, dünya reytinq cədvəlində 17-ci pillədə qərarlaşan İspaniya turnirdə 9 qadın, 6 kişi cüdoçu ilə təmsil olunacaq. Bakı tatamisində İspaniya yığmasının ən güclü cüdoçuları mübarizə aparacaqlar. Belə ki, heyətdə “Böyük dəbilqə”, Qran-Pri turnirlərinin, dünya və Avropa çempionatlarının mükafatçıları yer alıblar. 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi Nikoloz Şerazadişvili də Bakı tatamisində qüvvəsini sınayacaq.

 

İndiyədək 62 ölkə (500-dən çox cüdoçu) Bakı turnirinə qatılacağını təsdiqləyib.




  Yayım tarixi :24 Aprel 2019   15:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .