XƏBƏR
14:07

  Prezident Administrasiyası: Ermənistanın Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur (ÖZƏL)

Gündəm

Xəbər lenti

Ermənistanın və erməni diasporunun bir sıra qərb ölkələrinin parlamentləri vasitəsilə Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur.

 

Agyol.az xəbər verir ki, bunu özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

 

Məlumatda qeyd olunur ki, Ermənistan qondarma “soyqırımı” barədə uydurmaları ilə Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.

 

Administrasiyadan bildiriblər ki, Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” olması barədə heç bir sübut təqdim edə bilmir:

 

“Bir sıra qərb ölkələrinin parlamentlərinin 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi qəbul etməsi, o hadisələr barədə həqiqətin aşkar olunmasına mane olur”.




  Yayım tarixi :24 Aprel 2019   14:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .