XƏBƏR
12:56

  Səfir: Azərbaycanda qətliam törədənlər Ermənistanda qəhrəman elan ediliblər

Gündəm

Xəbər lenti

Həqiqətin öz yerini tapmasının artıq vaxtıdır. Türk millətinin tarixində heç bir zaman utanılacaq hadisə baş verməyib.

 

Agyol.az  xəbər verir ki , bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Yeni Azərbaycan Partiyasında qondarma “erməni soyqırımı” ilə bağlı tədbirdə deyib.

 

Səfir bildirib ki, qondarma “erməni soyqırımı"nın dünyaya yaymağa çalışılması tarixə qarşı ədalətsizlikdir: “Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”.

 

E.Özaralın sözlərinə görə, bəzi dünya ölkələrinin qondarma “erməni soyqırımını” gündəmə gətirməsi haqsızlıqdır: “Qoy tarixçilər bunu araşdırsınlar. Biz Türkiyə olaraq arxivləri açmışıq, istənilən şəxs gəlib arxivlərdə araşdırma apara bilər. Ancaq ermənilərin arxivləri bağlı saxlanılır. Bu günə qədər 34 türk dilomatı ASALA terror təşkilatı tərəfindən qətlə yetirilib, Xocalıda günahsız insanlar ermənilər tərəfindən öldürülüb. Bunların hesabı verilməlidir, günahkarlar cəzalarını çəkməlidirlər”.




  Yayım tarixi :24 Aprel 2019   12:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .