XƏBƏR
12:46

  “Oskar” mükafatının növbəti təqdimetmə mərasiminin vaxtı açıqlanıb

Gündəm

Xəbər lenti

Amerikanın “Oskar” kino mükafatının növbəti, 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da Los-Anceles şəhərindəki “Dolby Theatre” teatrında keçiriləcək.

 

Agyol.az ın məlumatına görə, xarici KİV-lərə  xəbər verir ki, mərasimin 25 ölkədə və ərazidə canlı yayımlanacağı gözlənilir. Bundan başqa, təşkilatçılar kino mükafatının reqlamentinə bir sıra dəyişikliklər ediləcəyini bildiriblər.

 

“Xarici dildə ən yaxşı film” (Foreign Language Film) kateqoriyasının adı “Beynəlxalq bədii film” (International Feature Film) adlandırılacaq. Kateqoriyanın adının dəyişdirilməsi mövcud qaydalara, ərizələrin göndərilməsinə və ya ixtisas tələblərinə təsir etməyəcək.

 

Reqlamentdə edilən dəyişikliklərə əsasən “Beynəlxalq bədii film” mükafatına namizədlərin siyahısı 10 filmə qədər genişləndirilir, “Qrim və saç düzümü” kateqoriyasında nominasiya filmlərinin sayı üçdən beşədək, siyahı isə 7-dən 10-dək artırılır.




  Yayım tarixi :24 Aprel 2019   12:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .