XƏBƏR
12:19

  Moskvada Beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib (FOTO)

Gündəm

Xəbər lenti

Aprelin 24-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib.

 

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən artıq nümayəndə iştirak edir.

 

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forum çərçivəsində keçirilən plenar iclaslarda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhlükələr və təhdidlər müzakirə olunur.




  Yayım tarixi :24 Aprel 2019   12:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .