XƏBƏR
11:09

  Ərdoğan tezliklə Trampla görüşəcəyini bəyan edib

Gündəm

Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla görüşəcəyini bəyan edib.

 

Agyol.az xəbər verir ki, bu barədə R.T.Ərdoğan Ankarada jurnalistlərə bildirib.

 

Dövlət başçısı deyib ki, görüş D.Trampın təşəbbüsü ilə baş tutacaq.

 

Qeyd edək ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın rəsmi Ankaranın ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər edəcəyinə ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Administrasiyasından da D.Trampın cari il ərzində Türkiyəyə səfərini istisna etmirlər.




  Yayım tarixi :24 Aprel 2019   11:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .