XƏBƏR
21:35

  Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib

Gündəm

Xəbər lenti
Ukraynada prezident postuna namizəd Vladimir Zelinski seçkilərin ikinci turunda 73,22 faiz səslə qələbə qazanıb, ölkənin hazırkı Prezidenti Petr Poroşenkonu isə seçicilərin 24,45 faizi dəstəkləyib.

Agyol.az xəbər verir ki, Ukrayna KİV-ləri xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası bir qədər əvvəl məlumat yayıb.

Qurumun məlumatına əsasən, elektron protokolların 100 faizi hesablanıb və bülletenlərin 2,31 faizi etibarsız sayılıb.

Bu seçkiləri Ukrayna tarixində presedent adlandırmaq olar: indiyədək seçkilərdə heç bir prezident vətəndaşların bu dərəcədə dəstəyini qazanmayıb.




  Yayım tarixi :23 Aprel 2019   21:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .