XƏBƏR
14:36

  UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb

Gündəm

Xəbər lenti

Avropa Liqası turnirinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya televiziya yayımı ilə bağlı işgüzar səfəri başlayıb.

 

Agyol.az  xəbər verir ki, aprelin 24-dək davam edəcək səfər proqramında UEFA TV və yayım hüququna sahib televiziya kanallarının 40-a yaxın rəsmi nümayəndəsi kamera platformaları, VAR sisteminin yerləşdirilməsi və quraşdırılması, TV və media tribunasının, eləcə də daxili və üst studiyaların son vəziyyəti ilə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.




  Yayım tarixi :23 Aprel 2019   14:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .