XƏBƏR
14:33

  Kubokun bir addımlığında - “Qəbələ” “Qarabağ”a qarşı

Gündəm

Xəbər lenti

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

 

Agyol.az  xəbər verir ki, yarımfinalın ilk oyunları Qəbələ və Sumqayıtda keçiriləcək.

 

Çempionatın vahid lideri “Qarabağ” bürünc medal uğrunda mübarizə aparan “Qəbələ”nin rəqibi olacaq. Bu matçın prinsipial şəraitdə keçəcəyi gözlənilir.

 

Sumqayıtda isə turnir cədvəlində qonşu pillədə olan iki komanda üz-üzə gələcək. Hər iki komanda çempionatda avrokubok şansını itirdiyindən UEFA Avropa Liqasına kubok vasitəsilə getməyə çalışır.

 

16:00 “Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu. Baş hakim: Vüqar Həsənli

 

18:30 “Sumqayıt” – “Zirə”

“Kapital Bank Arena”. Baş hakim: Səbuhi Bayramov




  Yayım tarixi :23 Aprel 2019   14:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .