XƏBƏR
14:27

  Standartlaşdırma ilə bağlı yeni qanun layihəsi ikinci oxunuşda qəbul olundu

Gündəm

Xəbər lenti

Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılıb.

Agyol.az xəbər verir ki, yeni qanun layihəsi bu gün Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

 

Yeni qanun 5 fəsil və 26 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.

 

Qeyd edək ki, qanun layihəsi ötən il müzakirəyə çıxarılsa da, sonradan təxirə salınmışdı.

 

Qanun layihəsi bu gün müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.




  Yayım tarixi :23 Aprel 2019   14:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .