XƏBƏR
10:30

  Deputatlar bu gün 19 məsələ ilə bağlı qərar verəcək

Gündəm

Xəbər lenti

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

 

Agyol.az- ın verdiyi məlumata görə, deputatlar iclasın əvvəlində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsini müzakirə edəcəklər.

 

Daha sonra Mülki, İnzibati Xətalar və Su məcəllələrinə, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və digər qanunlara dəyişikliklər müzakirə olunacaq.

 

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.




  Yayım tarixi :23 Aprel 2019   10:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .