XƏBƏR
10:28

  XİN: Şri-Lankada həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur, 14 nəfərin şəxsiyyəti isə hələ müəyyənləşməyib (ÖZƏL)

Gündəm

Xəbər lenti

Şri-Lankada baş verən terror aktları nəticəsində həlak olan insanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

 

Agyol.az xəbər verir ki, bunu özəl olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

 

L.Abdullayeva bildirib ki, Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərdən 14 nəfərin şəxsiyyəti hələ müəyyənləşməyib:

 

“Bu məsələ Azərbaycanın Hindistandakı səfirliyinin diqqət mərkəzindədir. Səfirliyin ilkin məlumatına əsasən şəxsiyyəti bəlli olan terror qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur”.

 

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

 

Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.

 

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

 

Bu gün Şri-Lankada matəm günü elan edilib.




  Yayım tarixi :23 Aprel 2019   10:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .