XƏBƏR
17:51

  Gənc güləşçilərimiz Antalyada 11 medal qazanıblar

Gündəm

Xəbər lenti

Antalyada gənc güləşçilər arasında keçirilən “Çempionlarturnirinə yekun vurulub.

 

Agyol.az xəbər verir kiAzərbaycan Güləş Federasiyasından verilən məlumata görə millimiz yarışın sonuncu günündə 3 medal əldə olunub. Sərbəst güləşçimiz Fuad Mayılov (86 kq) üçüncü yeri tutub. Qızlardan Birgül Soltanova (57 kq) gümüş, Yasəmən Məcidli (50 kq) isə bürünc medal qazanıblar. Beləliklə, “Çempionlarturnirində medallarımızın sayı 11-ə çatıb.

 

Daha öncə Ceyla Nağızadə (65 kq), Turan Bayramov (65 kq), Abubakr Abakarov (79 kq) qızıl, Elmar Kazımovla (70 kq) Asxab Həmzətov (92 kq) gümüş, Ayşən Yusifova (53 kq), Jalə Əliyeva (62 kq) və Sənan Əlizadə (97 kq) bürünc medala sahib olublar.

 

Yekunda 2 qızıl, 2 gümüş, 2 bürünc medal əldə edən sərbəst güləş üzrə yığmamız komanda hesabında ikinci, bir qızıl, bir gümüş və üç bürünc medalı hesabına yazan qızlardan ibarət millimiz isə üçüncü yeri tutub.

 

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Tural Əliyev yarışda ədaləti qoruyub.




  Yayım tarixi :22 Aprel 2019   17:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .