XƏBƏR
15:56

  Şri-Lankada fövqəladə vəziyyət elan olunub

Gündəm

Xəbər lenti

Şri-Lankada 290 nəfərin ölümü və təxminən 500 adamın yaralanması ilə nəticələnən partlayışlarla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.

 

Agyol.az xəbər verir ki, hökumətin bu barədə qərarı təhlükəsizlik məsələləri ilə əlaqəlidir.

 

Qeyd edək ki, aprelin 21-də baş verən partlayışlardan sonra saat 18:00-dan səhər 6:00-dək qüvvədə olan komendant saatının tətbiqinə başlanılıb. Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədi ilə ölkədə "Facebook" və "WhatsApp" da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarla əlaqədə şübhəli bilinən 24 nəfəri saxlayıb. Bildirilir ki, partlayışları törədən 7 kamikadzenin hamısı Şri-Lanka vətəndaşlarıdır.

 




  Yayım tarixi :22 Aprel 2019   15:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .