XƏBƏR
15:15

  “Formula 1” Azərbaycan Qran Prisinin bolidləri Bakıya gətirilib

Gündəm

Xəbər lenti

“Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb.

 

Agyol.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-əverilən məlumata görə, yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanl  Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb. ıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib.

 

Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb. Milli yük aviadaşıyıcısı təkcə “Formula 1”-in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.

 

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

 

Azərbaycan Qran-Prisi 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.




  Yayım tarixi :22 Aprel 2019   15:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .