XƏBƏR
15:09

  Şri-Lankada Kilsə yaxınlığında daha bir partlayış baş verib

Gündəm

Xəbər lenti

 Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.

 

Agyol.az ın məlumatına görə, partlayış kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən baş verib. Partlayış nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

 

Qeyd edilir ki, həmin kilsə ötən gün partlayış baş vermiş kilsədir.

 

Xatırladaq ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.

 

Partlayışlar nəticəsində ölənlərin sayı 262-ə çatır.

 

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.




  Yayım tarixi :22 Aprel 2019   15:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .