XƏBƏR
11:31

  MSK: Xarici ölkələrdəki məntəqələrdə seçicilər daha çox Petro Poroşenkoya səs verib

Gündəm

Xəbər lenti
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun xarici ölkələrdəki məntəqələrinin yekun nəticəsini açıqlayıb.

Agyol.az xəbər verir ki, xarici ölkələrdə seçicilərin 54,73 faizi Petro Poroşenkoya, 43,78 faizi isə Vladimir Zelenskiyə səs verib.

Prezident seçkilərinin ikinci turunda xarici məntəqələrdə 59 830 seçici iştirak edib.

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların ümumilikdə 90,5 faizini hesablayıb. Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkonu üstələyir. Belə ki, seçicilərin 73,17 faizi Zelenskiyə, 24,50 faizi isə Poroşenkoya səs verib.




  Yayım tarixi :22 Aprel 2019   11:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .