XƏBƏR
20:52

  Bakıda AGF Junior Trophy-nin çöxnövçülükdə mükafatlandırma mərasimi keçirilib

Gündəm

Xəbər lenti

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin fərdi proqramda çoxnövçülükdə qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

 

Agyol.az xəbər verir ki, qızıl medalı rusiyalı Anastasiya Simakova qazanıb, "gümüş"ün sahibi italiyalı Sofia Raffaelli olub, bürünc medal isə Rusiya təmsilçisi Dariya Serqayevanın olub

 

Həmçinin Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi xüsusi mükafat AGF Trophy-nin təqdimetmə mərasimi də keçirilib. Mükafat azərbaycanlı gimnast Arzu Cəlilovaya verilib.

 

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

 

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.




  Yayım tarixi :20 Aprel 2019   20:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .