XƏBƏR
15:30

  İstanbul məktəblərinin birinin divarında Mübariz İbrahimovun şəkli çəkilib

Gündəm

Xəbər lenti

İstanbulun Mehmet Akif Ersoy adına orta məktəbinin şagirdləri bu təhsil ocağının divarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklini çəkiblər.

 

Agyol.az  xəbər verir ki, bir müddət əvvəl şagirdlər arasında təhsil ocağının divarlarına tanıdıqları şəhidlərin şəkillərini həkk etməklə bağlı müsabiqə elan olunub. Şagirdlər tərəfindən seçilmiş qəhrəmanlar arasında Mübariz İbrahimov da olub.

 

Mübarizi özlərinə nümunə sayan məktəblilər onun təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının qəhrəmanı olduğunu deyirlər. Şagirdlər Milli Qəhrəmanımızın həyatını öyrənməyi özlərinə borc bilirlər.

 

Qeyd edək ki, İstanbulun bu təhsil müəssisəsində qədim türk dövlətlərinin bayraqları və tarixi şəxsiyyətlərini əks etdirən guşə yaradılıb.




  Yayım tarixi :20 Aprel 2019   15:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .