XƏBƏR
11:55

  Türkiyə ordusu dörd şəhid verdi

Gündəm

Xəbər lenti

Türkiyə-İraq sərhədində PKK terror qruplaşmasının üzvlərinə qarşı keçirilən əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub.

 

Agyol.az xəbər verir k, bu barədə “Anadolu” agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, xüsusi əməliyyat zamanı PKK yaraqlıları ilə Türkiyə hərbçiləri arasında atışma baş verib.

 

İki türkiyəli hərbi qulluqçu döyüşlər zamanı həlak olub, daha ikisi isə xəstəxanada dünyasını dəyişib.

 

Türkiyə Silahlı Qüvvələrini PKK terrorçularına qarşı yerüstü və hava əməliyyatlarını davam etdirir.




  Yayım tarixi :20 Aprel 2019   11:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .