XƏBƏR
11:20

  Misirdə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir

Gündəm

Xəbər lenti

Bu gün Misirdə konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumu keçirilir.

 

Agyol.az xəbər verir ki, ölkə vətəndaşları və xaricdə yaşayan misirlilər Nümayəndələr palatası tərəfindən əsas qanuna düzəlişləri qəbul etdikdən sonra üç gün ərzində öz səsvermə hüququndan yararlanacaqlar.

 

Milli seçki komissiyasının qərarına əsasən, vətəndaşlar hər təklif olunan bəndə ayrıca səs verəcəklər. Misirin bütün ərazisində səsvermə aprelin 22-nə kimi davam edəcək, xaricdə yaşayan misirlilər isə aprelin 21-dək öz səsvermə hüququndan istifadə edəcəklər.

 

Qeyd edək ki, Misirin əsas qanununa təklif olunan və keçən həftə parlament tərəfindən təsdiq edilən dəyişikliklərdə prezidentlik müddətinin 4 ildən 6 ilədək uzadılması, dövlət başçısına daha bir prezidentlik müddətinə seçilmək hüququnun verilməsi, Misir parlamentinin yuxarı palatasının (Senatın) yaradılması, dövlət başçısının vitse-prezidentlər təyin etmək hüququnun bərpası nəzərdə tutulur.

 

Bununla yanaşı dəyişikliklərə əsasən, qadınların, fəhlələrin, gənclərin və məhdud imkanlı insanların parlamentdə təmsil olunması üçün kvotaların ayrılması və nəzərdə tutulur.

 

Konstitusiyaya dəyişikliklərində, həmçinin məhkəmə orqanlarının müstəqilliyi qeyd olunaraq ölkə başçısına hakimləri, o cümlədən ali konstitusiya məhkəməsinin hakimini və baş prokuroru təyin etmək hüququ verilir, məhkəmə orqanlarının Ali şurasının təsis edilməsi və hərbi tribunalların yurisdiksiyasının genişlənməsi təklif olunur. Həmçinin təkliflərdə konstitusiyanı və demokratiyanı, ölkənin simasını və onun mülki xarakterini, insan hüquqlarının və azadlıqlarının qorunmasının təmin olunması üçün silahlı qüvvələrin rolunun artırılması barədə düzəlişlər öz əksini tapıb.

 

Xatırladaq ki, Misirin əsas qanununa dəyişikliklər referendumda seçicilərin üçdə ikisinin səsi toplandığı təqdirdə qüvvəyə minəcək.

 




  Yayım tarixi :20 Aprel 2019   11:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .