XƏBƏR
10:36

  Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu

Gündəm

Xəbər lenti
UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib.

Agyol.az xəbər verir ki, Aleksandr Səmədov finalın səfirlərindən biri olacaq.

Moskvanın “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədov bu turnirin səfiri kimi bu gün və sabah Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KIA Kubok Turu”nda iştirak edəcək.

Qeyd edək ki, bu turnirin digər səfirləri argentinalı Ernan Krespo və Vəli Qasımovdur.




  Yayım tarixi :20 Aprel 2019   10:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .