XƏBƏR
10:31

  Bakıda bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirinə start verilib (FOTO)

Gündəm

Xəbər lenti

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirinə start verilib.


Agyol.az xəbər verir ki, məlumatına görə, bu dəfə arena öz qapılarını 20 ölkənin 130-a yaxın gənc bədii gimnastına açıb.

 

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

 

İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

 

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

 

Mayda paytaxtımızda keçiriləcək Avropa çempionatından (16-19 may) qabaq iştirakçılar üçün sınaq mərhələsi olacaq bu turnirdə gimnastlar öz güclərini bir daha yoxlayırlar. Bu da onlara öz proqramlarını mükəmməlləşdirmək üçün bir şansdır.




  Yayım tarixi :20 Aprel 2019   10:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .