XƏBƏR
10:26

  Lerikə 15 santimetr qar yağdı

Gündəm

Xəbər lenti

Lerik rayonuna güclü qar yağıb. Agyol.az xəbər verir ki, bu barədə Lerik rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, rayon ərazisinə qar aprelin 19-dan yağmağa başlayıb:

 

"Şəhər ərazisində qarın hündürlüyü 3-4 santimetr, dağlıq ərazilərdə isə 10-15 santimetrə çatıb. Hazırda qar yağmaqda davam edir".

 

İsra Hakimiyyətindən onu da bildiriblər ki, qarın yağması rayon ərazisində güclü şaxta ilə nəticələnməsə də, təsərrüfata ziyansız ötüşməyib: "Yağan qarın əsasən çiçəkləyən meyvə ağaclarına ziyan vurduğunu deyə bilərik. Yolda, kəndlərlə əlaqədə heç bir problem yaranmayıb".




  Yayım tarixi :20 Aprel 2019   10:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .