XƏBƏR
10:10

  Qubaya qar yağıb

Gündəm

Xəbər lenti

Ötən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır.

 

Agyol.az-ın  məlumatına görə, Qubanın bir neçə dağ kəndi artıq ağ örpəyə bürünüb.

 

Qar meyvə ağaclarına zərər vurub.

 

Məlumata görə, hazırda sözügedən bölgələrdə qar yağıntısı davam edir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, aprelin 20-də rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Bəzi yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.




  Yayım tarixi :20 Aprel 2019   10:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .