XƏBƏR
17:43

  Milli Gimnastika Arenasında “AGF Junior Trophy” turniri iştirakçılarının podium məşqləri keçirilir - FOTOREPORTAJ

Gündəm

Xəbər lenti

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirində iştirak edəcək gimnastların podium məşqləri keçirilir.

AgYol.az xəbər verir ki,  20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri baş tutacaq. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edəcək.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa Çempionatı 2018-in gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.




  Yayım tarixi :19 Aprel 2019   17:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .