XƏBƏR
09:47

  Qurban Qurbanov: Futbolçulardan sərt tələblərimiz var

Gündəm

Xəbər lenti

Agyol.Az xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Keşlə" klubu ilə 3:0 hesabı ilə nəticələnmiş görüşdən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.


"Neftçi"yə öz gücünüzü göstərmək istəyirsiz?" sualına məşqçi "Qətiyyən belə fikir yoxdur. İşimizlə məşğuluq" cavabını verib.


"Oyunçularımı təbrik edirəm. Qələbə ilə yanaşı, həm də yaxşı oyun göstərdilər. Hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq asan olmadı. Futbolçulardan sərt tələblərimiz var.


Dünya futbolunda belə hesablar çox olur. Dekabradək çox çətin idi. Həmişə belə olub. Son iki turda ardıcıl 3:0-lar olsa da, heç nə asan olmadı. Sadəcə, qol şanslarımızdan istifadə etdilər. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Digər hesablara da hazır olmalıyıq", - deyə o bildirib.




  Yayım tarixi :19 Aprel 2019   09:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .