XƏBƏR
09:46

  Xroniki yorğunluq sindromundan əziyyət çəkənlər üçün - Xüsusi reseptlər

Gündəm

Xəbər lenti

Agyol.Az xəbər verir ki,Müasir zamanda demək olar ki, hər 3 nəfərdən 2-si xroniki yorğunluqdan əziyyət çəkir.


Sizə xroniki yorğunluğu aradan qaldırmaq üçün ən yaxşı 5 resepti təqdim edir:


1. Qoz. Bir stəkan qoza eyni miqdarda bal və limon götürün. Qozu və limonu xırdalayın. Üzərinə bal əlavə edərək qarışdırın və soyuducuya qoyun. 2 həftə boyunca gündə 3 dəfə olmaqla 1 x/q için.


2. Yeni sıxılmış üzüm şirəsi. Özünüzü gümrah hiss edənə kimi yeməkdən əvvəl gündə 2 x/q qəbul edin.


3. Şam ağacı. Şam ağacının yarpaqlarını yuyun. Sobada 15 dəqiqə ərzində qurudun, xırdalayın. Daha sonra 2 x/q şam yarpağının üzərinə 200 ml qaynar su tökərək aşağı odda 30 dəqiqə qaynadın. Üzərinə 3 x/q bal əlavə edib 1 saat saxlayın. 10 gün ərzində yatmazdan əvvəl 1 x/q qəbul edin.


4. Tələb olunanlar: 200 ml süd, 1 x/q bal və 0,5 st çobanyastığı çiçəyi.


Çobanyastığı çiçəyini südə tökərək qaynadın. Balı onda həll edərək soyudun. Süzərək yatmazdan əvvəl için.

5. Tələb olunanlar: balqabaq toxumu, bal və konyak.


0,5 stəkan təmizlənmiş tumları bal ilə qarışdırıb üzərinə 2 x/q konyak əlavə edin.

 




  Yayım tarixi :19 Aprel 2019   09:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .