XƏBƏR
17:03

  Azərbaycan Qran prisi ilə əlaqədar Aprelin 24-dən Dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq

Gündəm

Xəbər lenti

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran prisi ilə əlaqədar aprelin 24-dən etibarən Dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.


Bunu Agyol.Az-a Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bu gün keçirilən tədbirdə deyib.


N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər.


N.Arpadarai qeyd edib ki, aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq. O bildirib ki, aprelin 29-dan bulvar ərazisinə giriş açılacaq.




  Yayım tarixi :18 Aprel 2019   17:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .