XƏBƏR
16:44

  Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır

Gündəm

Xəbər lenti

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı son tamamlanma işləri aparılır.


Agyol.Az -in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.


O qeyd edib ki, bilet satışları ötən ildən daha yaxşı gedir. Onun sözlərinə görə, 2016-cı ildən indiyə qədər hər il biletlərin satışında artım müşahidə olunur.


Yarışın təşviqi nəticəsində xüsusən yarışa xaricdən gələnlərin sayı artmaqdadır. O qeyd edib ki, Avropa ölkələrindən maraq artır. Əvvəlki yarışlarda 50 nəfərə qədər insanın gəldiyi ölkələrdən bu il gələnlərin sayı yüzlərlədir. İnanırıq ki, bu il də çox maraqlı yarış baş tutacaq.




  Yayım tarixi :18 Aprel 2019   16:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .