XƏBƏR
15:14

  "Liverpul" "Barselona"ya rəqib oldu - ÇL

Gündəm

Xəbər lenti

Çempionlar Liqasında yarımfinalın daha iki namizədinin adına aydınlıq gəlib.


Agyol.Az xəbər verir ki, "Liverpul" ilk matçda 2-0 qalib gəldiyi Portuqaliya təmsilçisi "Porto"nu cavab görüşündə də (4-1) məğlub edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə "Liverpul" "Barselona" ilə qarşılaşacaq


Yarımfinalın digər iştirakçısının adına "Mançester Siti"-"Totenxem" matçının nəticəsində bəlli olub. İlk görüşdə 1-0 rəqibinə səfərdə məğlub olan "Mançester Siti" öz meydanında 4-3 qalib gəlsə də, turu keçən tərəf "Totenxem" olub.


"Totenxem"in bu mərhələdə rəqibi Hollandiya təmsilçisi "Ayaks"dır.

 




  Yayım tarixi :18 Aprel 2019   15:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .