XƏBƏR
15:07

  Milli Məclisin deputatları Ukraynada prezident seçkilərini izləyəcəklər

Gündəm

Xəbər lenti

Milli Məclisin deputatları Naqif Həmzəyev və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərinin 2-ci mərhələsini izləmək üçün aprelin 19-da Kiyev şəhərinə səfərə gedəcəklər.



Agyol.Az  xəbər verir ki,Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcək.

Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər.


Səfər aprelin 22-də başa çatacaq.

 




  Yayım tarixi :18 Aprel 2019   15:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .