XƏBƏR
13:21

  Ramazan ayının başlama vaxtı açıqlandı

Gündəm

Xəbər lenti

Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək.


Bu barədə Agyol.Az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.


İdarənin tərtib etdiyi təqvimə əsasən, may ayının 5-i axşamı niyyət axşamı, bayramın ilk günü may ayının 6-sıdır. Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır.


Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.






  Yayım tarixi :18 Aprel 2019   13:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .