XƏBƏR
12:56

  Qeyri-sabit HAVA davam edəcək - PROQNOZ

Gündəm

Xəbər lenti

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Agyol.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

 




  Yayım tarixi :18 Aprel 2019   12:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .