XƏBƏR
12:26

  Ukraynada prezident seçkilərinin ikinci turunda seçki məntəqələrini 50 mindən çox polis qoruyacaq

Gündəm

Xəbər lenti

Ukraynada prezident seçkilərinin ikinci turunda seçki dairələrinin və məntəqələrinin təhlükəsizliyini 50 mindən çox polis qoruyacaq.


Agyol.Az  xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Aleksandr Fatseviç məlumat verib. Bildirib ki, səsvermə günü Ukraynanın küçə və prospektlərində təhlükəsizliyin qorunmasına hüquq mühafizə orqanlarının daha 11 min əməkdaşı cəlb olunacaq.


Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Aprelin 19-da Kiyevin mərkəzi “Olimpiya” stadionunda hər iki namizədin iştirakı ilə debat olacaq. Ukrayna Daxili İşlər Nazirliyi debatlarda təxminən 60 min seçicinin iştirak edəcəyini proqnozlaşdırır. Debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvələri cəlb ediləcək.




  Yayım tarixi :18 Aprel 2019   12:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .