XƏBƏR
12:24

  Çində nəşr olunan “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub

Gündəm

Xəbər lenti

Çində ingilis və Çin dillərində nəşr edilən “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub.


 Agyol.Az xəbər verir ki, nəşrdə Azərbaycan haqqında ümumi məlumatlar, son dövrlərdə baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərinə dair ətraflı məlumat əksini tapıb.


Ölkəmizin Pekindəki səfirliyinin təqdim etdiyi materiallar əsasında nəşr edilən jurnalda Azərbaycan iqtisadiyyatının əsas sahələri, ölkənin tranzit imkanları, biznes və investisiya mühiti, ixrac imkanları, Bakının və regionların turizm potensialına dair məqalələr, həmçinin Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən mədəniyyət nümunələri olan muğam musiqisi, aşıq sənəti, tar ifaçılığı, Yallı rəqsi, xalçaçılıq sənəti, dolma hazırlama ənənəsi barədə, Qarabağın tarixi və mədəniyyəti haqqında məlumatlar verilib.

Fotoşəkillərlə zəngin jurnalın nüsxələri dövlət qurumlarına, ali təhsil ocaqlarına, tədqiqat mərkəzlərinə, iri şirkətlərə göndərilib.




  Yayım tarixi :18 Aprel 2019   12:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .