XƏBƏR
12:22

  Çempionlar Liqasında yeni rekord

Gündəm

Xəbər lenti

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində İngiltərənin "Mançester Siti" və "Tottenhem" klubları arasında keçirilən cavab oyununda meydan sahibləri 4:3 hesabıyla qalib gəldilər.


Agyol.Az xəbər verir ki, bu oyun bir sıra rekordlarla yadda qalıb. Belə ki, matçda ilk 4 qol 11-ci dəqiqəyə qədər vurulub ki, ÇL tarixində bu müddət ərzində belə məhsuldarlıq qeydə alınmamışdı.


21-ci dəqiqədə isə beşinci qol qeydə alındı ki, bu da ÇL tarixində yeni rekorddu. Bundan əvvəlki rekord 2016-cı ildə baş tutmuş "Borussiya" (Dortmund, Almaniya) - "Legiya" (Polşa) matçında qeydə alınmışdı (24-cü dəqiqədə 3:2).


Xatırladaq ki, ilk oyunda minimal hesabla qalib gəlmiş "Tottenhem" cavab matçında uduzsa da, səfərdə daha çox qol vurması sayəsində yarımfinala yüksəlib.

 




  Yayım tarixi :18 Aprel 2019   12:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .