XƏBƏR
11:40

  İlin ilk iki ayı ərzində Azərbaycanda 23 min 400 körpə doğulub

Gündəm

Xəbər lenti

Cari ilin ilk iki ayı ərzində Azərbaycanda 23 min 400 körpə doğulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyişməyərək əhalinin hər 1000 nəfərinə eyni səviyyədə (14,7) qalıb. Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 516-sı əkiz, 15-i isə üçəmdir.


Bu barədə  Agyol.Az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.


Məlumata görə, yanvar-fevral aylarında ölkədə 10 min 248 ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq əhalinin hər 1000 nəfərinə 6,6-dan 6,4-ə enib.




  Yayım tarixi :18 Aprel 2019   11:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .