XƏBƏR
11:17

  Milli Dram Teatrında “Almaz” tamaşası nümayiş olunacaq (FOTO)

Gündəm

Xəbər lenti

Aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşası nümayiş olunacaq.


Teatrın mətbuat xidmətindən Agyol.Az -a  verilən məlumata görə, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur.


Yeni səhnə əsərinin müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.


Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edir.


Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), Sabir Məmmədov (Şərif), əməkdar artistlər Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), xalq artisti Əjdər Həmidov (Balarza), əməkdar artistlər Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edirlər.


Səhnə əsərini Ceyran Həsənli idarə edir.


Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.

 




  Yayım tarixi :18 Aprel 2019   11:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .