XƏBƏR
20:41

  Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq istəyinə cavab verdi

Gündəm

Xəbər lenti

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirmək istəyinə cavab verib.


MŞ üzvlərindən ibarət mitinq təşkilatçıları aprelin 20-də “Məhsul” stadionunda aksiya keçirmək istədiklərini bildiriblər.


Agyol.Az xəbər verir ki, Meriyanın cavabında qeyd olunub ki, yanvarın 19-da keçirilən mitinqdən sonra bəzi toplantı iştirakçıları tərəfindən ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədilməsi şəhər sakinlərinin haqlı narazılığına və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə çoxsaylı şikayət ərizələri göndərmələrinə səbəb olub. Həmçinin mitinq iştirakçılarının polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlər ünvanlanıb.


Bunları nəzərə alaraq mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.




  Yayım tarixi :17 Aprel 2019   20:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .