XƏBƏR
13:56

  DİQQƏT! Xətlənmə işləri aparılan yollar

Gündəm

Xəbər lenti

Bakı şəhəri, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin axşam saat 23:00-dan səhər saatlarına qədər Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




  Yayım tarixi :17 Aprel 2019   13:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .