XƏBƏR
10:25

  "Ən yaxşı heç vaxt Real-dan Juventus-a keçməz"

Gündəm

Xəbər lenti

Rusiyanın CSKA klubunun prezidenti Yevgeni Qiner Juventus-u və Kriştiano Ronaldonu aşağılayacaq ifadələr səsləndirib.


Agyol.az xəbər verir ki, Real-la Juventus-u müqayisə edən Qiner Ronaldonun da dünyanın ən yaxşı futbolçusu olmadığını vurğulayıb:


"Ronaldo dünyanın ən yaxşısı deyil. Ən yaxşı heç vaxt Real-dan Juventus-a keçməz. İnciməyin, bir adam "Mersedes”dən düşüb "Lada”ya minirsə, "mən dünyanın ən yaxşısıyam” deyə bilməz. Juventus hansısa oyunda Real-a qalib gələ bilər.


Amma ən yaxşı ola bilməz. Əgər Real-ın neçə dəfə ÇL-in qalibi olduğuna baxsanız, onda bilərsiniz ki, Juventus-a bu səviyyəyə çatmaq üçün azı 200 il lazımdır”.

 




  Yayım tarixi :16 Aprel 2019   10:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .