Bakıda V Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək
Agyol.Az xəbər verir ki,Avropa
İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət
Palatası ("AHK Azərbaycan") ilə əməkdaşlıq çərçivəsində iyunun 13-də
Bakıda V Avropa İttifaqı-Azərbaycan biznes forumunu keçirəcək.
"AHK
Azərbaycan"dan bildirilib ki, builki tədbirdə biznes mühiti mövzusu
üzrə plenar sessiya və kənd təsərrüfatı, əlqələndiricilik və turizm sektorları
üzrə paralel sessiyaların keçirilməsi nəzərdə tutulur.
  Yayım tarixi :15 Aprel 2019   13:01
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=37620