XƏBƏR
14:19

  Messi, yoxsa Ronaldo? (FUTBOL ADAMLARINDAN SİTATLAR)

Gündəm

Xəbər lenti

Hazırda futbol dünyası iki qütbə bölünüb – Lionel MessiKriştiano Ronaldo.

Azarkeşlər daim bu iki futbolçunu müqayisə edir, onları yadplanetli, inanılmaz adlandırır, jurnalistlər müxtəlif sorğular keçirir, məqalələr, yazırlar yazır, hərə öz sevimlisini müxtəlif üsullarla önə çəkməyə can atır. 

Bəs futbol adamları necə düşünür? Onlar kimi seçirlər – Messini, yoxsa Ronaldonu?

Agyol.az sizi bəzi məşqçilərin və futbolçuların bu iki oyunçu haqda dedikləri fikirlərlə tanış edir:

 

Mario GÖTZE (mart, 2013): “Mən Almaniyanın Messisiyəm? Xeyr, mən Almaniyanın Ronaldosu olmaq istəyirəm”.

Luis Felipe SKOLARİ (aprel, 2013): “Messi fantastik oyunçudu. Lakin Ronaldo daha güclüdü. “Barselona”nın üzvləri argentinalını komandanın ulduzu kimi görür. Halbuki “Real”da fərqlidi – komanda yolaşları Ronaldoya həsəd aparırlar. Buna baxmayaraq Ronaldo heç nədə Messidən geri qalmır. Düşünürəm ki, o, dünyada ən yaxşı futbolçudur”.

Xorxe MENDEŞ, Ronaldonun agenti (sentyabr, 2013): “Ronaldo Messidən daha hərtərəfli futbolçudu”.

Radamel FALKAO (sentyabr, 2013): “Ronaldo və Messi dünyanın ən yaxşı futbolçularıdı. Lakin mənim Ronaldoya simpatiyam var”.

Serxio RAMOS (mart, 2014): “Messidən qorxuram? Həyatımda heç vaxt rəqiblərdən qorxmamışam. Yeri gəlmişkən, dünyanın ən yaxşı oyunçusu Ronaldodu, sonra Messi.
Argentinalı yaxşılardan biridi”.

Xavyer HERNANDES (sentyabr, 2014): “Ronaldo dünyanın ən yaxşı oyunçusudu. Ardınca Messi gəlir”.

Marselino YELENA (oktyabr, 2014): “Ronaldo futbol tarixinin ən mükəmməl futbolçusudu. O, hər iki ayaqla və başla qol vurmaq qabiliyyətinə malikdi. Ronaldo həm də fiziki çox güclüdü. Təəssürat yaranır ki, o, zaman keçdikcə daha təkminləşir və güclənir. Ronaldo hər zaman qol vurmağa və statistikanı yaxşılaşdırmağa çalışır. Onu çox vaxt Messi ilə müqayisə edirlər. Düzdü, Leo da fantastik futbolçudu. Amma israrla deyə bilərəm ki, Ronaldo dünyanın ən güclü oyunçusudu”.

Mario KEMPES (noyabr, 2014): “Etiraf eləməliyik ki, Ronaldo həmişə inkişaf edir, günü-gündən təkminləşir. “Barselona”nın bədbəxtçiliyidi ki, Messi ondan daha zəif oynayır. Messidə əvvəlki kimi qatil instinkti görmürəm. Fərq ondadı ki, Ronaldo uğurlara acdır, o həmişə zirvədə qalmaq və “Qızıl top” qazanmaq istəyir”.

Arsen VENGER (noyabr, 2014): “Ronaldo daha çox qol vurmağa başlayanda Messiyə mənfi təsir göstərir. Messi sonadək müəyyən tempi qoruya bilmir və bu, sonda onu bədbəxt edəcək”.

Rikardo QUAREJMA (noyabr, 2014): “Biz artıq Messi və Ronaldonun müqayisə olunmasına adət eləmişik. Lakin hamı bilir ki, Ronaldo dünyanın ən yaxşısıdı, digəri isə ona uduzur”.

 

Zoran TOŞİÇ (yanvar, 2015): “Messi, yoxsa Ronaldo? Mənim belə sualım yoxdu. Mənimçün Ronaldo həmişə yaxşı olub”.

Zinedin ZİDAN (yanvar, 2015): “Ronaldonun elədikləri bu planetə aid deyil. Əgər bu tərzdə davam eləsə, o, mükafatların sayına görə Messini keçəcək”.

PELE (mart, 2015): “Hazırda Ronaldo dünyanın ən yaxşı futbolçusudu. Bundan öncə Messi dominantlıq edirdi”.

Aleks FERQÜSSON (aprel, 2015): “Ronaldo “Milvull”, KPR və ya “Donkaster”də oynayıb, het-trik edə bilər. Əmin deyiləm ki, Messi bunu bacaracaq. Ronaldo hər iki ayaq və başla yaxşı işləyir, sürətli və cəsarətlidi. Təbii ki, Messi də cəsarətlidi. Lakin düşünürəm ki, o, yalnız “Barselona” üçündü”.

 

Klaudio CENTİLE (may, 2015): “Düşünürəm ki, son dünya çempionatında Messi yox idi. Maradona təkbaşına həm dünya çempionu olub, həm də “Napoli” ilə Seriya A-nı qazanıb. Bundan əlavə, düşünürəm ki, Ronaldo Messini üstələyir”.

Felipe MELO (aprel, 2013): “Messi inanılmaz dərəcədə yüksək səviyyəli futbolçudu. Bu gücdə başqa futbolçunu təsəvvür eləmək mümkünsüzdü. O və Ronaldo digər müasir futbolçulardan güclüdü. Bununla belə Ronaldo Messidən daha aşağı səviyyədədi. Messi və Ronaldonun hansısa texniki qabiliyyətlərini müqayisə eləmək olar, amma argentinalı dünyanın ən yaxşısı olaraq qalacaq”.

İSKO (iyul, 2013): “İtimə Messi adı vermişəm. Çünki Leo kimi o da dünyada ən yaxşıdı”. 

KAKA (may, 2015): “Ronaldo Messidən daha peşəkar və inkişaf eləmiş futbolçudu.
Həm də Ronaldo ən yaxın dostumdu”.

 

QUTİ (sentyabr, 2013): “Hazırda dünyanın ən yaxşı futbolçusu Messidi. Ronaldo ondan azca zəifdi. Onların hər ikisi dünyanın ən yaxşılarıdı, amma mən Leonu seçirəm”.

Yozef BLATTER (noyabr, 2013): “Leo yaxşı oğlandı. Hər bir valideyn onun kimi övlad arzulayar. Çox sürətli, sanki rəqs edirmiş kimi futbol oynayır. Ronaldo isə meydanda komandirdi. Onlardan biri bərbərxanada daha çox vaxt keçirir. Mən hansının daha yaxşı olduğunu deyə bilmərəm. Lakim mənim seçimim Messidi”.

Xorxe VALDANO (noyabr, 2013): “Messi dünyanın ən yaxşı futbolçusudu. İkinci isə zədələnmiş Messidi”.

RONALDİNYO (dekabr, 2013): “Ronaldo Messi ilə eyni dövrdə yaşadığı və futbol oynadığı üçün qəzəblənir”.

 

RONALDO (dekabr, 2013): “Düşünürəm ki, Ronaldo və Messi dünyanın ən yaxşılarıdı. Əgər seçim arasında qalsam, Messiyə üstünlük verərəm. Çünki o, fantastik texnikaya malikdi”.

Canluici BUFFON (dekabr, 2013): “Hazırda Ronaldo digərlərindən üstün heç nə sərgiləmir.
Üstünlük Messidədi”.

 

Andre VİLLAŞ-BOAŞ (yanvar, 2014): “Əgər biz Ronaldonun son bir ildəki inkişafına diqqət eləsək, düşünə bilərik ki, o, “Qızıl top”u ala bilər. Messi isə futbol tarixinin ən yaxşısıdı”.

Serxio AQÜERO (yanvar, 2014): “Messi yadplanetlidi. O, hər zaman dünyanın ən yaxşısı olaraq qalacaq. Ronaldo ancaq “Real”da yaxşıdı. Lakin Leo ildə bir qol vursa belə dünyanın ən güclüsüdü”.

Joze MOURİNYO (mart, 2014): “Messi nadir və dahi futbolçudu. Ona Argentina millisi ilə nəyisə qazanmaq lazım deyil. Leo bunsuz da böyük oyunçudu. Ronaldo da böyük futbolçudu. Amma onun dünya çempionu olması şərtdir və bu əmma hər zaman qalacaq”.

 

Alessandro NESTA (iyul, 2014): “Bir mövsümdə 4 dəfə Messiyə qarşı oynamaq şansım olmayıb. Bəxtim gətirməyib ki, artıq yaşlanmışam. Messidə digər futbolçularda olmayan qeyri-adi nəsə var. Ronaldo da böyük oyunçudu, amma Messi bütün müdafiəçilər üçün qorxuludu. Leo bir neçə saniyədə on aldadıcı hərəkət edə bilir və buna tab gətirmək mümkünsüzdü”.

Xristo STOİÇKOV (yanvar, 2015): “Messi hər zaman dünyanın ən yaxşısı olaraq qalacaq. İnsanlar Leonu Maradona, Kroyf və Pele ilə müqayisə edirlər, amma Ronaldonu yalnız Messi ilə”.

Dieqo SİMEONE (yanvar, 2015): “Düşünürəm ki, tək Messi "Real"ın "üçlüy"ündən - Ronaldo, Beyl və Benzemadan daha təhlükəlidi”.

KOKE (oktyabr, 2014): “Bu futbolçular dünyanın ən yaxşılarıdı. Lakin Ronaldo atlet, Messi isə Tanrıdı. İstənilən komandaya Ronaldo kimi futbolçu lazımdı, amma mən Messini seçərdim”.

Raul QONZALES (aprel, 2015): “Dünyanın ən yaxşısı Messidi. Mənə Zidan, Ronaldo, Fiqo və Kriştiano ilə oynamaq qismət olub, lakin Leo tam fərqlidi. O, mümkünsüz şeyləri çox sadə formada edir”.

Coufi BARTON (may, 2015): “İnana bilmirəm ki, hələ də Ronaldonun Messidən daha yaxşı futbolçu olduğunu düşünənlər var. Axı Messi tam fərqlidi. Bu adam bi an içində iki dünya çempionunu işdən elədi (oxu - "Barselona" - "Bavariya" - 3:0 matçındakı epizodları xatırladır). Ronaldo digər dövrlərdə ən yaxşı ola bilərdi. Amma Messinin meydana çıxdığı dövrdə o, həmişə ikinci olaraq qalacaq”.




  Yayım tarixi :13 Aprel 2019   14:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .