XƏBƏR
14:10

  "Liverpul"un əfsanəsi vəfat etdi

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

"Liverpul"un sabiq kapitanı Tommi Smit dünyasını dəyişib.

Agyol.Az  xəbər verir ki, veteran futbolçu 75 yaşında vəfat edib. 

1962-1978-ci illərdə Mersisayd klubunun formasını geyinmiş keçmiş müdafiəçi "qırmızılar"ın heyətində keçirdiyi 638 oyunda 48 qol vurub. Müdafiədəki etibarlı oyununa görə ona "Enfild"in dəmiri" ləqəbi verilib.

Dörd dəfə İngiltərə çempionu olan Smit 2 dəfə ölkə kuboku, 3 dəfə isə Superkuboku başı üzərinə qaldırıb. O, həmçinin 1977 və 1978-ci illərdə Avropa Çempionlar Kubokunu qazanıb. Hətta ilk finalda komandasının qələbə topunu vurub.
Kapitan 2 dəfə isə UEFA kuboku və Superkubokuna sahib çıxıb.




  Yayım tarixi :13 Aprel 2019   14:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .