XƏBƏR
10:58

  Azərbaycan nefti ucuzlaşıb

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 73,73 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,25 dollar/barel azdır.

 

Agyol.az xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,28 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,2 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır.




  Yayım tarixi :13 Aprel 2019   10:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .