XƏBƏR
10:34

  Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edilib (FOTO)

Gündəm

Xəbər lenti
74 yol kəsişməsi pilot layihəsinin icrası davam etdirilir.

Agyol.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda işlər S.Vurğun, M. Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, R.Behbudov, S.Rüstəm, Kiçik Dəniz küçələri, Azadlıq və Bülbül prospektlərini əhatə edən 20 kəsişmədə icra edilir. Görülən işlər çərçivəsində qeyd edilən kəsişmələrdə yeni yol nişanları quraşdırılır, mövcud çatışmazlıqlar aradan qaldırılır. İşlər ümumilikdə 120 ədəd yol nişanı üzərində aparılır.

Eyni zamanda artıq M.Füzuli küçəsinin S.Vurğun, R.Behbudov küçələri və Bülbül prospekti ilə kəsişməsində, həmçinin, Bülbül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib.




  Yayım tarixi :12 Aprel 2019   10:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .